Azərbaycanda həbsdə olan sabiq nazir azadlığa buraxılıb
06.08.2016 1239 0

Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb. Qazeta.info bildirir ki, bu barədə “Report”a onun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb. Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.
Digər xəbərlər:
Şərhlər