Azərbaycanda dörd məhkum ölüb
06.12.2016 699 0.0 0

Azərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib.

 

Məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar - 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov, 1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını dəyişiblər.

 

Qeyd edək ki, dünyasını dəyişən məhkumlardan S. Babayeva tanınmış falçıdır. O özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib, onları aldadıb. Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar