Azərbaycanda daha bir süpürgəçini maşın vurub öldürdü
09.04.2018 1212 0.0 0

Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Qazeta.info-nun "Report"a istinadla verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar