Azərbaycanda daha bir şirkət direktoru həbs olundu
26.05.2015 801 0.0 0

“City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovun Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olduğu bildirilir

QAzeta.info APA-ya istinadla bildirir ki,  “City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlu həbs edilib.
 
R. Bəkirovun vəkili Kamandar Nəsibovun  verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R. Bəkirovun barəsində həbs qətimkan tədbiri seçilib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb.
 
R. Bəkirovun Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olduğu bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar