Azərbaycanda daha 98 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
02.11.2016 552 0.0 0

 Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 29-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək. 
 

Qazeta.info bildirir ki, bu barədə "Reporta" Dövlət Komitəsindən bildirilib. 
Məlumata görə, hərraca 25-i səhmdar cəmiyyəti, 58-i kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyekti, 15-i nəqliyyat vasitəsi olmaqla ümumilikdə 98 dövlət əmlakı çıxarılıb.
Kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ, Xəzər, Binəqədi rayonları, Gəncə, Mingəçevir və Sumqayıt şəhəri, habelə, Abşeron, Göyçay, Saatlı, Tovuz, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 624 min manata olan qeyri-yaşayış binasıdır. Bakının Nəsimi rayonunda, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m, tikili sahəsi isə 255,5 kv.m-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 450 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 300 min manata Qaradağ rayonunda Anbar, 386 min manata Sumqayıtda “Laçın” restoranı da var. Ən aşağı ilkin hərrac qiyməti isə Göyçayda yerləşən sahəsi 80,8 kv.m olan qeyri-yaşayış sahəsinə məxsusdur. Bu əmlak 4 min manat start qiyməti ilə təklif olunur.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 8-i, kiçik müəssisələrdən 12-si paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir.
Bu dəfəki hərraca həmçinin 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i çıxarılıb. Bunlar məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Səhmdar cəmiyyətlər sırasında “Ağcabədi Aqrotexservis”, “Kürdəmir Kəndkimya”, “Lənkəran Broyler”, “Masazır Quşçuluq”, “Tovuz Məişət”, “Ucar İnşaat Xidmət”, “Zabrat Tikinti Quraşdırma” kimilər var. Sözügedən müəssisələrin hərraca çıxarılan bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar