Azərbaycanda dəyirman uçdu - Ölənlər və yaralananlar var
17.12.2016 1227 0.0 0

Abşeronda bədbəxt hadisə baş verib, 2 nəfər ölüb.

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, Xırdalanda dəyirmanın hasarı uçub. Nəticədə iki fəhlə uçqun altında qalaraq, ölüb.

 

Abşeron rayon Prokurorluğundan bildirilib ki, "Arient" MMC-yə məxsus dəyirmanın hasarı aşıb. Nəticədə 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar