Azərbaycanda dərmandan zəhərlənmə hadisəsi baş verib
30.06.2015 545 0.0 0

Şəkidə üç uşaq anası dərmandan zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX)  Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Etibar qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Xəyalə Məmmədova bilməyərək xəstə övladı üçün təyin edilən dərmanı qəbul edərək zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xəyalə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar