Azərbaycanda dəbdən düşən adlar: Lalə, Davud... - SİYAHI
10.08.2019 156 0.0 0

Azərbaycanda bəzi insan adları var ki, artıq yeni doğulan uşaqlara həmin adların verilməsi dəbdən düşür.

Qazeta.info Oxu.az-ın məlumatına əsasən bildirir ki, son beş ildə (2014-2018) Davud adı ən az qoyulan adlar siyahısında liderlik edir.

Belə ki, bu illərdə 1337 uşağa Davud adı qoyulub. Bu adın verilməsi ildən-ilə azalıb.

Bir zamanlar məşhur olan Fuad adı da artıq dəbdən düşənlər siyahısındadır.

Müvafiq illərdə 1280 uşağa Fuad, 1270-nə Sənan, 1260-na Fateh, 1211-nə Miray, 1193-nə Sübhan, 1164 nəfərə isə Bahar adı qoyulub.

Ən az qoyulan adlar siyahısında son üçlük isə qız adlarıdır.

Belə ki, 2014-2018-ci illərdə 1150 nəfər Əsnad, 1143 nəfər Aişə, 1141 nəfər qız uşağına isə Lalə adı qoyulub.

Qeyd edək ki, yuxarıda sadalanan adların qoyulma halları 2014-cü ildən 2018-ci ilə doğru azalma ilə müşahidə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar