Azərbaycanda cinayətkarları 1 saata tapan inanılmaz texnologiya VİDEO
19.09.2017 635 0.0 0

Azərbaycan cinayətkarları 1 saat ərzində müəyyənləşdirən yeni texnologiya alıb. 

Məlumata görə, təhlükəsiz şəhər texnologiyaları sahəsində fəaliyyət göstərən "Ekin Teknoloji"nin istehsal etdiyi yeni texnologiya Almaniya, Fransa, Azərbaycan və Birləşmiş Ərəb Əmrliklərinin aralarında olduğu 10 ölkəyə ixrac edilib. Bu ölkələrdə 500-dən çox nəzarət mərkəzi, 4 min 800 etibarlı yol sistemi, 14 min şəhər izləmə sistemləri qurulub.

 

Türk mühəndislərin hazırladığı mobil təqib sistemi "Patrol"un dünyada alternativi yoxdur. Yüksək keyfiyyətli üz tanıma sisteminin tətbiq edildiyi yeni texnologiya polisin işini çox asanlaşdırır. Kameranın önündən keçən istənilən şəxsin haqqında bütün məlumatlar bazaya ötürülür və polis yoldan keçən hər kəsi asanlıqla tanıya bilir. 

 

Bu yeni sistem vasitəsi ilə axtarışda olan adam cəmi 1 saata aşkarlanır və yeri müəyyənləşir./Baku.ws/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar