Azərbaycanda bir-birinin ardınca iki zəlzələ baş verdi
03.06.2015 539 0.0 0

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, təkanlar 15:06-da İsmayıllı rayonu ərazisində qeydə alınıb. 

6 km dərinlikdə qyedə alınan zəlzələnin maqnitudası 4 bal gücündə olub.

Bundan başqa bildirək ki, saat 15:04 Azərbaycanda 5 bal gücünə yaxın zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yeraltı təkanlar 14:32-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhəddində qeydə alınıb. 

Təkanlar bölgədə yaşayan insanlar tərəfində də hiss olunub. Yerin 5 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 4,6 bal gücündə olub.

Xatırladaq ki, bundan 8 gün öncə Mingəçevirdən 33 km qərbdə Goranboy-Yevlax sərhədində zəlzələ qeydə alınmışdı. Zəlzələ episentrdə 4.0 bal, yaxın yaşayış məntəqələrində 4.0-3.0 bala qədər hiss olunmuşdu./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar