Azərbaycanda baba 7 yaşlı nəvəsini güllələyib
07.02.2017 1042 0.0 0

Qazax sakini 7 yaşlı nəvəsini güllələyib.       

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

 

 

Qazax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar