Azərbaycanda avtobuslar toqquşdu: xeyli yaralı var
10.11.2015 650 0.0 0

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisində iki avtobus toqquşub.

Məlumata görə, “Hundai” markalı avtbusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən "Mercedes" markalı avtobus toqquşub. "Hundai" markalı avtobusda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olub. Qəzada xəsarət alan 15 tələbə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Tibbi yardım göstərilib. Hazırda 5 nəfərin müayinəsi davam etdirilir, vəziyyətləri normaldır. Digərləri ambulator müalicə üçün evə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Qəzanın səbəbləri də araşdırmalardan sonra məlum olacaq. 

3 gün əvvəl isə Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində Lənkəran şəhəri ərazisində minik maşını avtobusla toqquşmuşdu. 

Astara istiqamətində hərəkət edən Sumqayıt şəhər sakini, 40 yaşlı Mehman Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtobus Lənkəran rayonun Mamusta kənd sakini 52 yaşlı Məhərrəm Hüseynovun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşmuşdu. Deformasiyaya uğrayan minik maşınının sürücüsünü avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. O, xəstəxanaya yerləşdirilsə də vəziyyəti ağır olan sürücü orada keçinmişdi.

 

 

Qəzaya uğramış avtomobillər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar