Azərbaycanda atışma olub
07.01.2017 1851 0

Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib.
Qazeta.info "Report"un məlumatına əsasən xəbər verr ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.
Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəssam oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.
Zərərçəkənin atası Abbasov Rəssamın sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər