Azərbaycanda 5 gün iş olmayacaq
03.11.2015 533 0.0 0

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

Qazeta.info bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli SalamNews-a açıqlmasında deyib ki, Həmrəylik Günü, ilə əlaqədar 31 dekabr, 1-2 yanvar tarixləri qeyri–iş günü olacaq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2016-ci il 2 və 3 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. 6 günlük qrafiklə işləyənlər üçün 4 gün, 5 günlük qrafiklə işləyənlər üçün 5 gün tətil olacaq.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar