Azərbaycanda 3 uşaq anası özünü asıb
07.04.2017 843 0

Ağsu rayonunda intihar hadisəsi baş verib. Qazeta.info APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Ərəb Sarvan kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib. Üç övladı olan S. Eyyubovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Digər xəbərlər:
Şərhlər