Azərbaycanda 27 yaşlı qız atasını bıçaqlayıb
19.03.2016 837 0.0 0

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

 

Rayon sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov yaşadığı Gəncə şəhərindəki evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. 

 

E. Daşdəmirov izahatında bildirib ki, xəsarəti motosiklet idarə edən zaman yıxılarkən alıb.   

 

Araşdırma zamanı E. Daşdəmirova bıçaqla xəsarətin ögey qızı, 1989-cu il təvəllüdlü Günel Nəbiyeva tərəfindən yetirildiyi müəyyən edilib. 

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar