Azərbaycan yeni ixrac missiyaları üçün namizədlər seçir
06.12.2016 624 0.0 0

Azərbaycan İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstana ixrac missiyalarının təşkili ilə bağlı müsabiqə elan edib. Nazirlikdən verilən xəbərə görə, ixrac missiyaları gələn il fevralın 5-8-də Pakistanda, fevralın 9-11-də isə Əfqanıstanda səfərdə olacaq.

Missiyaların əhatə etdiyi sektorlar - meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, pambıq, kimya və digər sənaye məhsullarıdır. 

Müsabiqə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçirilir və buna yanvarın 12-də “Azpromo”da yekun vurulacaq.

İxrac missiyalarında iştirak etmək istəyənlər sənədlərini dekabrın 28-dək “Azpromo”ya (Bakı Biznes Mərkəzi, Neftçilər pr-ti,32) təqdim etməlidir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar