Azərbaycan XİN Suriya böhranı ilə bağlı öz mövqeyini açıqlayıb
17.02.2016 532 0.0 0

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Suriya böhranı ilə bağlı mövqeyini açıqlayıb. 
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkənin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: “Biz ən əsası, bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar