Azərbaycan XİN Londonda baş vermiş terroru pisləyib
23.03.2017 806 0.0 0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda baş vermiş terror aktını pisləyib.
 
Məlumata görə, XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib ki, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Londonda baş verən terror aktını qəti şəkildə pisləyir.
 
Qeyd edək ki, Londonda Böyük Britaniyanın parlament binasının yaxınlığında törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar