Azərbaycan və İran üz-üzə gələcək
20.05.2016 679 0.0 0

Azərbaycan futzal millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib.Məlumata görə, Kolumbiyanın Medelyin şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatma nəticəsində Azərbaycan yığma komandasının da rəqibləri müəyyənləşib. Milli komanda “F” qrupunda mübarizə aparacaq. Futzalçılarımız qonşu İran, 2012-ci il dünya çempionatının finalçısı və ikiqat dünya çempionu (2000, 2004) İspaniya və Mərakeşlə qrup mərhələsində qarşılaşacaq.

 

Püşkatma mərasimi 


A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

B qrupu: Tayland, Rusiya, Kuba, Misir

C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya

E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika

F qrupu: İran, İspaniya, Mərakeş, Azərbaycan

Futzal üzrə dünya çempionatının final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Kali, Medellin və Bukaramanqa şəhərlərində keçiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar