Azərbaycan və İran nazirləri görüşdü
16.02.2015 1015 0.0 0

Azərbaycan və İran XİN rəhbərləri arasında təkbətək və geniştərkibdə görüş keçirilib.

Məlumata görə, görüşlərdən sonra iki ölkənin xarici işlər nazirinin iştirakı ilə mətbuat konfransı keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədov İranla Azərbaycan arasındakı münasibətlərdən danışıb. O bildirib ki, bu gün keçirilən görüşlərdə bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib:

“Bizim ölkələr arasında geniş əlaqələr var. Görüşlər zamanı bir çox məsələlər müzakirə olunub. İran xarici işlər nazirini Dağlı Qarabağ münaqişəsi haqqında məlumatlandırmışam. Rəşt-Astara dəmiryol xətti ilə bağlı İranın böyük niyyəti var. Biz istəyirik ki, bu dəmir yolunu İran xətti ilə və Azərbaycan xətti ilə birləşdirək”. 

Nazir həmçinin qeyd edib ki, İranla-Azərbaycan arasında elektrik xəttlərinin birləşdirilməsi məsələsi də görüş zamanı müzakirə olunub. “Bununla yanaşı, müdafiə, mədəniyyət və digər sahələrdə də əlaqələrimizi inkişaf etdirməyi planlaşdırıq”.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi də bu görüşlə bağlı fikirlərini söyləyib. Nazirlər ikitərəfli danışıqların çox uğurlu keçdiyini qeyd edib:

“Azərbaycanla münasibətlərimiz çox geniş şəkildə inkişaf edir. Bizim adət və ənənəmiz arasında çox oxşarlıq var. Biz istəyirik ki, bu əlaqələri daha da inkişaf etdirək. Bu gün ki, görüşlərdə çox uğurlu danışıqlarımız oldu. Indiyədək 20-dən çox iranlı nazir Azərbaycana səfər edib. Biz terrorizmlə mübarizə üçün birgə əməkdaşlıq etməliyik. Regionda təhlükəsizliyi təmin etmək üçün birgə çalışmalıyıq”, - deyə iranlı nazir söyləyib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar