Azərbaycan Suriyaya humanitar yardım göndərir? - RƏSMİ
11.10.2016 615 0.0 0

Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi barədə məlumat yoxdur.

Bunu açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi quruma bu məsələ ilə bağlı hər hansı məlumat daxil olmayıb: "Azərbaycanın hər hansı ölkəyə yardım göndərməsi üçün Nazirlər Kabineti qərar qəbul etməlidir. Bundan sonra Fövqəladə Hallar Nazirliyi qərarı icra edir. Hələlik bizə belə bir qərar daxil olmayıb".

Xatırladaq ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırması barədə məlumat verib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar