
Türkiyənin məşhur azərbaycan əsilli müğənnisi Azər Bülbülün ölümündən əvvəl son görüntüləri yayılıb.Məlumata görə, Türkiyənin Bülbülü ürək çatışmazlığından vəfat edib.
Antalyada 3 il əvvəl qaldığı otel otağında infarkt keçirib həyatını itirən Azer Bülbülün ölümündən əvvəlki son görüntüləri yayılıb. Yayılan kadrlarda ağrı içində qovrulan məşhur musiqi sənətçisi, özünə müdaxilə edən həkimə sinə hissəsində bir ağrı hiss etdiyini bildirir.
Əsl adı Sabutay Kəskin olan Azər Bülbül 1969-cu ildə Türkiyə Qars vilayətinin Akyaka rayonunda dünyaya gəlib. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçən müğənni müsiqi həyatına “Qərib Yolçu” albomu ilə başlayıb.
Bülbül daha sonra “Yalan Olar”, “Mən Sənə Vurğunam”, “Fərat” kasetləri ilə yoluna davam edib. 1996-cı ildə çıxardığı “Mən Babayam” kaseti isə ona şöhrətin qapılarını açıb. Əsasən də bu albomda olan “Yaralandınmı ey can”, “Toxunmayın çox fənayam” və “Hər an hər şey ola bilər” mahnıları müğənninin pərəştişkarları tərəfindən çox sevilib.
Azər Bülbül məşhur “Maral” mahnısının müəllifi sayılır. 2007-ci ildə “Maral” mahnısı ilk dəfə Azər Bülbül ifa edib. 42 yaşlı Azər Bülbül 2012-ci il yanvar ayında Antalyada qaldığı oteldə ölüb./anspress/