Azərbaycan əsilli biznesmenlər dünyaya səs salır (FOTO, VİDEO)
05.08.2015 724 0.0 0

Bu gün Moskvada Avropanın ən böyük elmi-maarifləndirici okeanoqrafik mərkəzin açılışı olub. Mərkəz “Kiyevskaya ploşad” şirkətinin sahibləri Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarax Əliyev tərəfindən tikilib. 

Bu əzəmətli binanın ilk qonağı Rusiya Prezidenti Vladimir Putin, Moskva meri Sergey Sobyanin və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu da olublar.


Vladimir Putin - Rusiya prezidenti, Sergey Sobya - Moskva meri, Polad Bülbül oğlu - Azərbaycanın Rusiyadakı səfiri


Sergey Sobyanin Rusiyanın dövlət başçısına və Azərbaycan səfirinə inşaat işləri, sərginin ərazisi ilə bağlı görülən işlər haqqında məlumat verib.

Avropanın ən böyük akvariumunda insanlara nümayiş olunan balinaların qeyri-adi hərəkətləri hamını heyran qoyub. Nəhəng balıqların rəqsi, tullanma manevrləri, futbol oynamaları uşaqdan tutmuş böyüyə qədər hamıya zövq verib. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar