Azərbaycan sərhədində ölü tapılan erməni əsgəri
15.03.2016 616 0.0 0


Ermənistan ordusu daha bir əsgərini itirib. Məlumata görə, Tavuş rayonunda hərbi hissələrdən birində güllə yarası alan əsgərin meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yaralanması nəticəsində həlak olduğunu bildirib.

Meyitə baxış zamanı məlum olub ki, əsgərin başına atəş açılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

 

Cəbhə xətti

 

Əlavə edək ki, martın 11-də düşmən mövqeləri darmadağın edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib.

Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.


İlk öncə Azərbaycan Müdafiə Nazirliyinin düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsi xəbərini təkzib edən erməni tərəfi martın 12-dən başlayaraq itkilərini dolayısı ilə etiraf etməyə başlayıb.

Heç bir itki vermədiklərini iddia edən Ermənistan tərəfi artıq 1997-ci il təvəllüdlü hərbi qulluqçunun ölümü barədə xəbər yayıb. Erməni mətbuatının verdiyi məlumata görə, bu, 1997-ci il təvəllüdlü Sarkis Ohanyandır. O, cəbhənin şərq istiqamətində qumbara partlaması nəticəsində ölüb. İndi hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Görünür bədnam qonşularımızın meyid sayında hələ də kəsir var. Və indi ermənilər yenidən həmin hesabı sığortalamaq üçün işə başlayıb. Görünən budur ki, Ermənistan ordusunda "intihar mövsümü" başlayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar