Azərbaycan «qara siyahı» hazırlayır
31.03.2015 1019 0.0 0

Azərbaycan Turizm Assosasiyası (AzTa) türk otellərinin monitorinqinə başlayacaq. 

Məlumata görə, bu barədə xəbər türklərin narahatlığına səbəb olub. Belə ki, türklər Azərbaycanın "qara siyahıs"ına düşməkdən qorxurlar. 

Qurumun rəhbəri Nahid Bağırov xidmətin keyfiyyətini müəyyən etmək məqsədi ilə monitorinqlərə başlayacaqlarını və yoxlamaların nəticəsində tövsiyyə edilən-edilməyən otellərin siyahısını hazırlayacaqlarını bildirib. 

O, yoxlamaların AzTa-nın Xarici Turizm Komitəsi tərəfindən aparılacağını açıqlayıb. “Bu addımın məqsədi turizm xidmətlərinin keyfiyyətini artırmaqdır". 

Yoxlamalar aprel ayında başlayacaq. Mayda isə hesabat hazırlanaraq təqdim ediləcək. Onun sözlərinə görə, tövsiyyə edilən və edilməyən otellərin siyahısından həm turizm şirkətlərinə müraciət edən, həm də fərdi şəkildə səyahətə hazırlaşanların yararlana biləcəklərini deyib. 

Qeyd edək ki, hər il Azərbaycandan Türkiyəyə 600 minə yaxın turist gəlir. 

Bəzi türk otelləri üçün "qara siyahı"ya düşmək mənasına gələn bu açıqlama otel rəhbərlərinin sərt reaksiyasına səbəb olub. Türk otellerinin sözçüsü olan TUROFED və TUROB bunun mümkün olmayacağını deyib. TÜROFED rəhbəri Osman Ayık bu günə qədər heç bir ölkənin bunu etmədiyini deyib. 

“Türk otellerinin xidmət standartı onsuz da yüksəkdir. Mədəniyyət və Turizm Nazirliyi bütün bu xidmət keyfiyyətini zəmanət verir. Bizim otellərimiz bütün dünyada keçərli olan ISO sənədlərinin hamısını alıb. Əgər belə bir iş görmək istəyirlərsə bizə müraciət etməlidirlər. Bizə heç bir məlumat verilməyib. Ancaq gizli müştəri kimi gəlib baxa bilərlər". 

TUROB rəhbəri Timur Bayındır tur operatorları mövsümdən öncə gəlib gəzdiklərini deyib. Bəyənsələr turist göndərirlər, bəyənməsələr yox. O, qeyd edib ki, bu otel ilə turizm şirkəti arasında olan bir işdir və buna yoxlama demək olmaz. Yoxlama hüququ Turizm Nazirliyindədir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar