Azərbaycan Prezidenti Misir Prezidentinə məktub ünvanlayıb
22.07.2016 682 0
Azərbaycan Respublikasının Prezideti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Qazeta.info bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
Digər xəbərlər:
Şərhlər




