«Azərbaycan Ordusu bir saata mövqelərimizi tutdu»
31.05.2016 1316 0.0 0

"Aprel hadisəsini müharibə və ya ildırımsürətli müharibə adlandırmazdım. Bu diversiya fəaliyyəti idi və düşmən gözlənilməz uğur əldə etdi". Məlumata görə, bu barədə qondarma Dağlıq Qarabağ respublikasının keçmiş "müdafiə naziri" "Syamo” ləqəbli general Samvel Babayan müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin iki ehtiyat briqadası erməni mövqeyini ələ keçirib. Bundan sonra erməni tərəfi uğursuz əks hücüm cəhdi edib və nəticədə itirilmiş torpaqlar geri alına bilinməyib. Daha sonra bir vaxtlar Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğal bölmələrinə rəhbərlik etmiş general erməni ordusunun zəifliyindən danışıb.

"Bunun səbəbi laqeydlik idi və bu bizim mövqeyimizi zəiflətdi. Müdafiə nazirliyi araşdırma apararaq həqiqətən nə baş verdiyini aşkar etməlidir. Fakt odur ki , bir saat ərzində bu mövqelər itirilib", - deyə Babayan bildirib.

 

Birinci Qarabağ müharibəsinin cəlladları - Robert Koçaryan, Monte Melkonyan, Bako Saakyan və Samvel Babayan

 

Onun sözlərinə görə, Azərbaycan 2014-ci ildən uzun müharibəyə hazırlaşır və Ermənistan işğalçı qüvvələrini uzaqdan neytrallaşdırmaq üçün çalışacaq. “Bu məqsədlə Azərbaycanın silah-sursat cəhətdən problemləri yoxdur. Onlar artıq mərmi istehsalına başlayıb”, - deyə general vurğulayıb.

 
"Bizim piyada onları ən azı 300-500 metr məsafədə saxlamalıdır. Bu baş verməsə biz düşmənə arxamıza sızma imkanı veririk və bunun doğru olduğunu düşünmürəm. Azərbaycan muasir silahlar alır, onun məqsədi aydındır. Biz Azərbaycanın resursları ilə rəqabət apara bilmərik,bu mümkün deyil və buna çarə tapmaq lazımdır ", - deyə Samvel Babayan bildirib.

Bir müddət əvvəl Samvel Babayan aprel döyüşlərində Ermənistan ordusunun üzləşdiyi uğursuzluğu ölkə rəhbərliyinin səhvləri ilə əlaqələndirib. Babayan bildirib ki, bu barədə hələ 2013-cü ildə Ermənistan rəhbərliyinə göndərdiyi məktubunda bildirib.

O, məktubunda Azərbaycan Ordusunun gücləndiyi barədə məlumat verdiyini deyir. Onun sözlərinə görə, 2011-ci ildə Kazan şəhərində baş vermiş görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərliyi tamamilə əks nəticələr çıxarıb: «Azərbaycan həmin vaxta qədər də öz ordusunu yetərincə modernləşdirməyi bacarmışdı, görüşdən sonra proses yeni impuls aldı. Ermənistan rəhbərliyi isə tam əksinə hesab etdi ki, Azərbaycan təklif edilən nizamlama prinsiplərindən imtina etməklə təcrid olunacaq və hərbi əməliyyatlara başlamağa cürət etməyəcək»./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar