Azərbaycan nümayəndə heyəti İrana gedir
21.02.2017 636 0.0 0

Fevralın 22-də İqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedəcək.
 
Nazirlikdən verilən məlumata görə, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, bir sıra ikitərəfli görüşlər keçiriləcək, Ərdəbil və Urmiyada biznes forum təşkil ediləcək.
 
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar