Azərbaycan neftinin 1 bareli təqribən 70 dollara satılır
21.02.2018 825 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 66,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,69 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 66,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 19-da 62,08 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 19-da 64,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar