Azərbaycan Nefti yeni marşrutla daşınacaq
01.03.2015 761 0.0 0

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft məhsullarının ixracı üzrə yeni istiqaməti müəyyənləşdirib. 

Məlumata görə, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, söhbət neft məhsullarının Rusiya ərazisi ilə tranzitindən gedir.

Mənbə qeyd edib ki, hazırda ixracın Rusiyanın hansı limanları vasitəsilə həyata keçiriləcəyi məlum deyil, çünki bu, neft məhsullarının alıcılarından asılıdır.

Qeyd edək ki, ARDNŞ 2015-ci ilin yanvarında 127,33 min ton, 2014-cü ilin eyni dövründə isə 88,26 min ton neft məhsulları ixrac edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar