Azərbaycan nefti ucuzlaşıb
21.06.2017 644 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,11% azalaraq 43,46 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,20% azalaraq 45,93 dollar olub.

 

Azərbaycan nefti ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,68 dollar və ya 3,52% azalaraq 46,01 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar