Azərbaycan nefti ucuzlaşıb
21.04.2017 651 0.0 0

Dünya birjalarında neft qiymətləri müxtəlif dinamika nümayiş etdirir.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34% azalaraq 50,27 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,11% artaraq 53,05 dollar olub.

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,21 dollar və ya 2,20% azalaraq 53,81 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar