Azərbaycan nefti ucuzlaşıb
28.06.2016 594 0.0 0

 Dünya bazarında neft kəskin ucuzlaşmadan sonra bahalaşmaqdadır.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar artaraq 46,93 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 47,81 dollar olub.

 

Qeyd edək ki, "Brexit" və möhkəmlənən dollar nefti kəskin ucuzlaşdırırdısa, bu gün artıq "qara qızıl" bahalaşmağa başlayıb. Bahalaşmaya səbəb Qərbi Avropanın ən iri neft hasilatçısı olan Norveçdən gələn xəbərlərdir. Belə ki, Norveçdə 750-yə yaxın neftçi şənbədən etibarən tətil elan etmək niyyətindədir. Buna səbəb neftçilərin əmək haqları ətrafında yaranan mübahisədir. Ekspertlərin fikrincə, neftçilərin tətilə çıxması hasilatın azalmasına səbəb ola bilər. Yaranmış vəziyyətdə bir neçə gün ərzində ucuzlaşan neftin qiyməti artım dinamikası göstərir.

 

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,59 dollar və yaxud 3,22% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,82 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar