Azərbaycan nefti bahalaşmaqda davam edir
25.11.2016 655 0.0 0

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar azalaraq 47,58 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 48,52 dollar olub.

 

Neftin ucuzlaşmasına dünya bazarında dolların möhkəmlənməsi səbəb olub. 

 

Azərbaycan nefti bahalaşmaqda davam edir.

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,34 dollar və ya 0,28% artaraq 50,17 dollar təşkil edib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar