Azərbaycan nefti bahalaşıb
22.12.2021 337 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 75,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,79 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,66 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,69 dollar/barel çoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar