Azərbaycan millisinin rəqibinin baş məşqçisi istefaya göndərilib
16.11.2016 766 0.0 0

Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per Matias Höqmo istefaya göndərilib. 

Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən verilən məlumata görə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Təcrübəli mütəxəssisini istefaya göndərilməsinə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki uğursuz çıxışı səbəb olub. Federasiya prezidenti Terye Svendsen yeni baş məşqçinin ən qısa müddətdə təyin olunacağını bildirib.

Norveç yığması seçmə mərhələdə Azərbaycanla eyni qrupda mübarizə aparır. Skandinaviyalılar 4 görüşdən 3-də, o cümlədən, Azərbaycanla Bakıdakı qarşılaşmada məğlub olublar və hazırda 3 xalla 5-ci yerdə gedirlər.

Qeyd edək ki, Per Matias Höqmo 2017-ci ilədək qüvvədə olan müqaviləsi üzrə əmək haqqını tam alacaq. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar