AZƏRBAYCAN MİLYONÇULARININ İSVEÇİRƏ BANKINDAKI GİZLİ HESABLARI AÇILDI
10.02.2015 1117 0.0 0

Azərbaycan milyonçularının İsveçrə bankındakı gizli hesabları açıldı: 14 müştəri, 3,8 milyon dollar...
Nyu-Yorkda mənzillənmiş Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (İCİJ) İsveçrə bankındakı 100 milyard dollarlıq gizli bank hesablarını açıb.

Virtualaz.org saytı təşkilatın saytına istinadən xəbər verir ki, 45 ölkədən olan araşdırmaçı jurnalistlər komandası tərəfindən aparılan araşdırma nəticəsində qlobal bank nəhəngi HSBC-nin İsveçrə şöbəsində - “HSBC Swiss”də insan alveri ilə məşğul olan cinayətkarlardan tutmuş vergidən yayınan məşhurlar, siyasətçilər və şeyxlərin 100 mindən çox gizli bank hesabı üzə çıxıb.

“HSBC Swiss” bankında gizli hesab açanlar arasında Azərbaycandan olan müştərilər də var. Virtualaz.org həmin müştərilərin sayını, onların yatırdıqları məbləği təşkilatın saytından əldə edib.

Araşdırmaçı jurnalistlər haker proqramlarının köməyi ilə bankın məlumat bazasına daxil olaraq oradan gizli hesabların sahiblərinin adlarını, onların hesablarındakı pulların məbləğini və digər məlumatları əldə ediblər.

Məxfi sənədlər göstərir ki, qlobal bank nəhəngi silah alverçiləri, üçüncü dünya ölkələrindən diktatorlar, “qanlı almaz” tacirləri və digər beynəlxalq cinayətkarların pulları hesabına biznes qurub.

Həmçinin bankdan əldə edilmiş məxfi sənədlər göstərir ki, bəzi müştərilər tez-tez Cenevrəyə səfər edərək öz hesablarından böyük məbləğdə nağd pul çıxarırlar. Məxfi fayllardan məlum olub ki, Afrikanın “qanlı almaz” tacirləri öz hesablarından böyük məbləğlərdə pul çıxararaq onları qiyamları maliyyələşdirməyə yönəldiblər.

İCİJ tərəfindən əldə edilmiş məxfi fayllara əsasən 2007-ci ilə qədər bankda açılmış 100 mindən çox hüquqi və fiziki şəxsin hesabında 100 milyard dollardan çox pul var. Onlar dünyanın 202 ölkəsini təmsil edir.

Jurnalistlər müştərilərin arasında Böyük Britaniyanın, Rusiyanın, Ukraynanın, Gürcüstanın, Rumıniyanın, Meksikanın, Konqo Demokratik Respublikasının, Zimbabvenin, Paraqvayın, Meksikanın və digər ölkələrin keçmiş və indiki siyasətçilərinin adlarını aşkar ediblər.

Həmçinin siyahıda ABŞ-ın sanksiyası altında olan şəxslərin, məsələn Liviyaya məxfi nüvə zavodunun tikintisi üçün mürəkkəb elektron avadanlıqlar satan Səlim Alguadis kimi türkiyəli biznesmenin adı da yer alır.

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan biznesmen Gennadi Timçenko da bankda gizli hesabı olanlar arasındadır. G.Timçenko Ukraynaya görə Rusiyanın sanksiya tətbiq edilmiş şəxslərinin siyahısındadır.

Həmçinin Hüsnü Mübarək rejiminin keçmiş təmsilçisi, 2011-ci ildə Misirdə baş vermiş inqilabdan sonra ölkədən qaçan keçmiş ticarət naziri Rəşid Muhammed Rəşidin bankda 31 milyon dollarlıq hesabının olduğu müəyyənləşib.

Bankda hesabı olanlar arasında Haitinin keçmiş diktatoru Jan-Klod Duvalyenin adamı da var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar