Azərbaycan komandası Avropa birinciliyində 12 medal qazanıb
22.02.2022 338 0.0 0

İstanbulda keçirilən Avropa birinciliyində muay-tay üzrə Azərbaycan komandası uğurla çıxış edərək 12 medal qazanıb.

Müxtəlif yaş qruplarında oğlanlar arasında İzzət Həsənov (51 kq), Arif Əliyev (60 kq), Xəyal Əliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Komandanın digər üzvləri Rəvan Qasımov (+71 kq), Murad Mehrəliyev (91 kq), Rəvan Ağazadə (67 kq) ikinci, Zaur Quluzadə (56 kq), Natiq Əliyev (42 kq), Amin Əlili (51 kq), Nihad Şoranov (45 kq), Murad Malıyev (52 kq) üçüncü pillələrə sahib olublar.

Qızların yarışında isə Emili Rzayeva (67 kq) Avropa birinciliyinin qalibi olub.

İdmançılarımız qitə birinciliyində Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoy, yığma komandanın baş məşqçisi Fəxri Əliyev, məşqçilər Mürsəli Yekibaşov və Elçin Eminovun rəhbərliyi ilə mübarizə aparıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar