Azərbaycan idmançısı İstanbul Marafonunun qalibi olub - FOTO
13.11.2016 787 0.0 0

Bu gün Azərbaycan idmançısı atlet Evans Kiplagat 38-ci Vodafon İstanbul Marafonunun qalibi olub.

 

Türkiyə mətbuata istinadən verilən məlumata görə, marafon “15 iyul şəhidləri üçün yarışırıq!” şüarı ilə keçirilib.

 

E. Kiplagat  kişilər arasında 42 km 195 m məsafəni 2 saat 13 dəqiqə 19 saniyədə qət edib. İkinci yerin efiopiyalı atlet Şura Kitata Tola, üçüncü yeri keniyalı atlet Peter Kiptoo Kiplagat tutub.

 

Marafonda qadınlar arasında qalib isə keniyalı atlet Agnes Jeruto Barsosio olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar