Azərbaycan daha bir medal qazandı (FOTO)
17.06.2015 759 0.0 0

Millimiz Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü daha bir bürünc medal qazanıb.

Məlumata görə, sərbəst güləş yarışlarında 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Cəbrayıl Həsənov Heydər Əliyev adına İdman Sarayında bürünc medal uğrunda keçirilən görüşdə bolqarıstanlı idmançı Kiril Terziyev ilə qarşılaşıb.

Rəqibindən daha üstün güləş nümayiş etdirən pəhləvanımız bolqar güləşçisinə bir xal belə vermədən 9:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

74 kq
1/8 final - Mihali Nagi (Macarıstan) - Cəbrayıl Həsənov 0:10
1/4 final - Soner Demirtaş (Türkiyə) - Cəbrayıl Həsənov 5:3
Təsəlliverici görüş - Henri Selenius (Finlandiya) - Cəbrayıl Həsənov 0:11
Bürünc medal görüşü - Kiril Terziyev (Bolqarıstan) - Cəbrayıl Həsənov - 0:9

Mənbə/anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar