Azərbaycan cüdoçuları reytinq siyahısında mövqelərini qoruyublar
31.01.2017 988 0.0 0

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.

 

Yığmamızın aparıcı simalarının hamısı mövqelərini qoruyublar.

 

 

Belə ki, Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 12-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (hər ikisi 66 kq) 45-ci, Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi 100 kq) 8-ci və Uşanqi Kokauri (+100) 17-ci pillədə yer alıb.

 

Təmsilçilərimizdən yalnız Aişə Qurbanlı (48 kq) 1 rəqibini özündən irəli buraxıb. O, 41-ci yerə enib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar