Azərbaycan neft pullarını Çin valyutasında saxlayacaq
27.02.2015 590 0.0 0

 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fondun valyuta səbətinə Çin yuanının daxil edilməsi məsələsini nəzərdən keçirir. Bu barədə Fondun rəhbəri Şahmar Mövsümov Trend-ə bildirib. Onun sözlərinə görə, fondun bütün aktivləri, o cümlədən investisiya portfeli xarici valyutada saxlanılır. “Dövlət Neft Fondunun aktivləri diversifikasiya məqsədilə əsasən ABŞ dolları, avro, Böyük Britaniya sterlinqin həmçinin digər valyutalarda saxlanılır. Dövlət Neft Fondu aktivlərini xarici valyutada saxladığı üçün manatın məzənnəsinin dəyişməsinin aktivlərin real dəyərinə heç bir təsiri yoxdur”,- Mövsümov deyib.

O qeyd edib ki, investisiya siyasəti çərçivəsində ARDNF-in aktivlərinin 50 faizi qədəri Amerika dollarında, 35 faizə qədəri avroda, 5 faizə qədəri Britaniya funtu ilə saxlanılır. Aktivlərin qalan 10 faizi isə digər valyutalarda - Rusiya rublu, Avstraliya dolları, Koreya vonu və Türkiyə lirəsində yerləşir. “2015-cu il ərzində biz Çin yuanının fondunun valyuta səbətinə əlavə edilməsi məsələsinə baxacağıq”- deyən Fond rəhbəri bildirib ki, gələcəkdə də Dövlət Neft Fondu maliyyə bazarında imkanlarını nəzərə alaraq valyuta səbətinin diversifikasiyasını davam etdirəcək. Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri (35 877,5 milyon dollar) 2014-cu ilin əvvəli ilə müqayisədə 3,42 faiz artaraq 37 104,1 milyon dollar təşkil edib. Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edib./Fins.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar