Azərbaycan boksçusu Teymur Məmmədov qızıl medal qazandı - VİDEO
25.06.2015 548 0.0 0
Bu, yığmamızın 15-ci “qızıl”ı, ümumilikdə isə ölkəmizin 44-cü mükafatı olub

 

ilk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandırıb. Qazeta.info  Apasport.az saytının məlumatına əsasən bildirir ki,  yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərib. O, çempionluq döyüşünü də aktivinə yazmaqda ciddi müqavimətlə üzləşməyib. Manfredonianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bu, yığmamızın 15-ci “qızıl”ı, ümumilikdə isə ölkəmizin 44-cü mükafatı olub.

 

Daha sonra, 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn Teymur Məmmədov fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

 

Məmmədovun italiyalı Valentino Manfredoni ilə həlledici görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

 

Boksçumuza qızıl medalı məhz ölkə başçısı təqdim edib. Həmçinin Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vu da mükafatlandırma mərasimində iştirak edib.

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar