Azərbaycan «Bakı 2015»də ilk qızıl medalını qazandı
13.06.2015 639 0.0 0
Firdovsi Fərzəliyev karate yarışlarını qələbə ilə bitirdi

Bakı 2015 ilk Avropa Oyunlarının 2-ci günündə kişilər arasında keçirilən 60 kq çəki dərəcəsində karate üzrə yarış Azərbaycanın xeyrinə olub.

Belə ki, Bakı Kristal Zal 3-də baş tutan oyunda həmyerlimiz Firdovsi Fərzəliyev qızıl medal əldə edib. O, rəqibi italyan idmançı Luka Mareskanı 4-0 xal hesabı ilə məğlub edib.

Bürünc medalın sahibi Makedoniyanın şərəfini qoruyan Emin Pavlov olub. O, 2-0 xal hesabı ilə serbiyalı idmançı Antik Marko üzərində qələbə qazanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar