Azərbaycan 300 kilometrlik məsafəni vuran yeni raket qurğusu alır
28.09.2016 1666 0.0 0

Azərbaycan Belarusdan 300 kilometrlik məsafəni hədəf alan yeni raket qurğusu alır.

Bu barədə Trend-ə "ADEX 2016" II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edən Belarusun "Volatavto" şirkətindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ildə istehsal edilən yeni raket qurğusu ilin sonunadək satışa çıxarılacaq.

Azərbaycan Müdafiə Nazirliyi raket qurğusunun alınması ilə bağlı şirkətlə danışıqlar aparıb və razılıq əldə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar