Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub
03.10.2015 1016 0.0 0

 

Qazeta.info bildirir ki, bu haqda “Qafqazinfo”ya müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov məlumat verib.

O, bildirib ki, 01 oktyabr 2015 ci il tarixdə Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərardad çıxarıb. Qərardada əsasən Aygün Kazımova məhkəmə qətnaməsini qərəzli icra edib.

Həmin qətnaməyə görə, Aygün Kazımova Natavan Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni icra etməkdən boyun qaçırır.

Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir. Odur ki, xalq artisti Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə, ölkə hüdudlarını heç bir halda tərk edə bilməyəcək.

Qeyd edək ki, bir müddət öncə Aygün Kazımova Həbibinin ünvanına səsləndirdiyi ittihamı sosial şəbəkədə geri götürdüyünü bildirmişdi:

“Mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək, Natavan Həbibi barədə dediyimi təkzib edirəm”.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar