Ayağında 16-dan çox qəlpə olan qazimiz kömək gözləyir
22.02.2022 314 0.0 0

44 günlük Vətən müharibəsinə könüllü olaraq yollanan Famil Üzeyirov gedən döyüşlərdə ciddi xəsarət alıb. Qobustanda doğulan Famil hazırda "Stansiya Sumqayıt" yaxınlığında olan şəhərcikdə yaşayır.

O, Vətən müharibəsi zamanı oktyabrın 15-də döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən düşmən gülləsinə tuş gəlib və iki ayağından ağır yaralanıb. Hazırda ayağında 16-dan çox qəlpə var. III qrup əlil olan Famil Üzeyirov "Döyüşdə fərqlənməyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Üç övlad atası ayağındakı problemə görə işləməkdə çətinlik çəkdiyini deyir.

 

Qazimizin probleminin həlli ilə bağlı “Yaşat” fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, Famil Üzeyirov Saleh oğlunun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 31.05.2021 və 07.09.2021-ci il tarixlərində 2 müraciəti daxil olub və hər iki müraciəti təmin edilib. Fond tərəfindən 5000 AZN vəsait onun bank hesabına köçürülüb. 22.10.2021-ci il tarixində dərman vasitələrinin alınması ilə bağlı müraciət edib, lakin zəruri tibbi sənədləri hələ də təqdim etməyib. Sənədləri təqdim edəcəyi halda müraciətinə baxılacaq./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar