Axtarışlar dayandırıldı, hədəf yenidən Qarabağdır
24.08.2015 672 0.0 0

İnterpol rusiyalı iş adamı German Sterliqovun axtarışlarını dayandırıb. Məlumata görə, bu barədə iş adamının vəkili Artur Ayrapetov açıqlama verib.

Onun sözlərinə görə, İnterpol siyasi motivlərə görə izlənilən şəxslərin axtarışlarını həyata keçirmir.

"Bu, İnterpolun nizamnaməsinə ziddir. İnterpol komissiyası Sterliqovun Azərbaycan tərəfindən siyasi təqib edildiyini tanıyıb. Təxminən 10-15 gün ərzində Sterliqovun adın İnterpolun axtarışlar bazasında olub. Avqustun 21-dən isə onun beynəlxalq axtarışı dayandırılıb", deyə vəkil bildirib.

Artur Ayrapetovun dediyinə görə, avqustun 29-da Sterliqov Dağlıq Qarabağda həyat yoldaşı Alena Sterliqoun moda evinin və Qarabağ atlarının nümayişi olacaq.

 


German Sterliqov Qarabağda Şuşada

İyulun 28-də Azərbaycan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi səbəbindən German Sterliqovu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) özünü rusiyalı biznesmen kimi qələmə verən German Sterliqovun hansı səbəbdən beynəlxalq axtarışa verildiyinə aydınlıq gətirib.


 

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, German Sterliqov və onun erməni hüquqşünas havadarları hüquqi savadsızlıqlarını bir daha nümayiş etdiriblər. Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da Rusiya vətəndaşı German Sterliqovun hərəkətlərini təxribat adlandırıb. O, "fırıldaqçı milyarderin" cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini deyib, məsələ ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun məşğul olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan və Rusiya arasındakı mövcud geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə ediləcəyini açıqlamışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar