AXCP fəalının cəzası 6 ildən 3 ilə endirilib
04.06.2019 82 0.0 0

Ali Məhkəmədə AXCP fəalı, partiyanın Gənclər Komitəsinin Ali Məclisinin üzvü Orxan Baxışlının kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, kassasiya şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiya baxıb.

Kollegiyanın qərarına əsasən, Orxan Baxışlının barəsindəki hökm dəyişdirilərək 6 il azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, O.Baxışlı Cinayət Məcəlləsinin 234.2. (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldəetmə və ya saxlama, hazırlama, istehsaletmə, emaletmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 


Digər xəbərlər:
Şərhlər
avatar